AZƏRTAC ilə İtaliyanın Adn Kronos International SRL agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb VİDEO

Bakı, 30 sentyabr, AZƏRTAC

Sentyabrın 30-da V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə İtaliyanın Adn Kronos International SRL (AKİ) agentliyi arasında informasiya mübadiləsi haqqında əməkdaşlıq sazişi imzalanıb.
Sazişi AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov və Adn Kronos International SRL agentliyinin vitse-prezidenti Quido Talariko imzalayıblar.
Sənədə əsasən, AZƏRTAC ilə bu agentlik arasında informasiyaların mütəmadi mübadiləsi həyata keçiriləcək, əldə edilən təcrübələrdən yararlanmaq üçün əməkdaşların qarşılıqlı səfərləri təşkil olunacaq.

Video