Almaniyanın Eurasianews.de xəbər agentliyi AzərTAc ilə əməkdaşlıqda maraqlıdır

Bakı, 9 noyabr, AzərTAc
Almaniyanın Avrasiya qitəsində baş verən hadisələrlə bağlı informasiyalar yayan nüfuzlu Eurasianews.de xəbər agentliyi AzərTAc ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Agentliyin saytında bu ilin oktyabrında keçirilmiş IV Bakı Beynəlxalq Humanitar Forumu haqqında “Multikulturalizm Azərbaycan reallığıdır” sərlövhəli məqalə yerləşdirilib. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılış mərasimində söylədiyi nitqindən sitatlar gətirilib. AzərTAc-ın baş direktoru Aslan Aslanovun “Ənənəvi mediadan dünya informasiya şəbəkəsinə keçid labüddür” adlı analitik yazısına da geniş yer verilən məqalədə Forumda müzakirə olunan məsələlərin aktuallığı vurğulanıb.
Məqalə ilə http://eurasianews.de/aliyev-multikulturalitaet-ist-aserbaidschanische-lebensart/ linkindən tanış olmaq mümkündür.
Pərvanə Qarayeva
AzərTAc-ın xüsusi müxbiri

Video