Xorvatiyanın HİNA agentliyi Humanitar Forum barədə məqalə yayıb

Zaqreb, 14 oktyabr (AzərTAc). Xorvatiyanın HİNA agentliyinin saytında IV Bakı Beynəlxalq Humanitar Forumu barədə məqalə yerləşdirilib.
Yazıda Forumun yüksək səviyyədə keçirildiyi, dünyanın bir çox ölkələrinin nüfuzlu ədəbiyyat, incəsənət, elm və mətbuat nümayəndələrini bir məkana toplayan əhəmiyyətli hadisə olduğu göstərilib. Xorvatiyanın keçmiş prezidenti Stepan Mesiçin Forum çərçivəsində çıxışına nəzər yetirilib.
Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür:
http://mm.hina.hr/#vijest/8506417

İqbal Hacıyev
AzərTAc-ın xüsusi müxbiri
Zaqreb