Branka Qabriela Valentiç: Bu qədər nüfuzlu simanın bir məkana toplanması olduqca əhəmiyyətli hadisədir

Bakı, 7 oktyabr (AzərTAc). Dördüncü Bakı Beynəlxalq Humanitar Forumu nüfuzlu ədəbiyyat, incəsənət, elm və mətbuat nümayəndələrini bir məkana toplayan əhəmiyyətli hadisədir. Belə bir mühüm tədbirdə iştirak etdiyim üçün qürur duyuram.
Bu sözləri Forumun iştirakçısı, Xorvatiyanın “Hina” xəbər agentliyinin direktoru xanım Branka Qabriela Valentiç AzərTAc-a müsahibəsində söyləyib.
Forumun yüksək səviyyədə təşkil olunduğunu qeyd edən B.Valentiç Bakının zənginliyi və heyranedici gözəlliyindən məftun olduğunu vurğulayıb.
“Ölkənizin gözəlliyi məni olduqca məftun edib. Burada turizmin inkişafı üçün hər cür şərait var. Şəhərinizdə turistləri cəlb etmək üçün görməli yerlər həddindən artıq çoxdur”, - deyə “Hina” agentliyinin direktoru bildirib.