Stefan Mesiç: Azərbaycan-Xorvatiya əlaqələrinin yüksək səviyyədə olması təqdirəlayiqdir

Bakı, 6 oktyabr (AzərTAc). Azərbaycan-Xorvatiya əlaqələrinin yüksək səviyyədə olması təqdirəlayiqdir. Ölkələrimiz arasında heç bir problem və anlaşılmazlıq mövcud deyil.
Bu sözləri oktyabrın 2-3-də keçirilmiş IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Xorvatiyanın sabiq Prezidenti Stefan Mesiç AzərTAc-a müsahibəsində deyib.
S.Mesiç hər iki ölkənin iqtisadi və mədəni sahədəki əməkdaşlıqlarını gücləndirməyə çalışdığını və buna nail olduqlarını qeyd edib.
Aktual məsələlərin müzakirəsi baxımından Forumu yüksək qiymətləndirən qonaq bu möhtəşəm tədbirin onun bütün iştirakçıları üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Qeyd edib ki, diqqətini çəkən maraqlı məqamlardan biri müzakirələrlə yanaşı, müvafiq problemlərin həlli ilə bağlı çıxış yollarının da göstərilməsidir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan keçmiş Prezident bu cür münaqişələrin yalnız sülh yolu həllinə tərəfdar olduğunu bildirib.