Humanitar Forumun iştirakçılarının bir qrupu Lerik rayonunda olub

Lerik, 5 oktyabr (AzərTAc). Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının bir qrupu Lənkəran rayonu ilə tanışlıqdan sonra oktyabrın 5-də Lerik rayonuna gəlib.
AzərTAc xəbər verir ki, qonaqlar Lerik rayon Tarix-Diyarşünaslıq və “Uzunömürlülər” muzeylərində nümayiş etdirilən eksponatlara və fotoşəkillərə, Mədəniyyət Evinin foyesində təşkil edilmiş sərgiyə baxıblar. Qonaqlar, həmçinin “Relax” turizm və istirahət mərkəzində olublar.
Forumun iştirakçıları ölkəmizin cənub bölgəsinin təbiətinə heyran qaldıqlarını deyiblər, hər iki rayonla tanışlıqdan məmnunluqlarını bildiriblər.