Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunda son dərəcə aktual məsələlər müzakirə edildi

Bakı, 5 oktyabr (AzərTAc, Tərgül Ağayeva). Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunda son dərəcə aktual məsələlər müzakirə edildi.
Bu sözləri IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, kimya üzrə Nobel mükafatı laureatı Kurt Vütrix AzərTAc-a müsahibəsində deyib.
Bildirib ki, Bakıda keçirilən bu Forum böyük əhəmiyyət daşıyır. Çünki burada müxtəlif mədəniyyətlərə malik xalqlar bir araya gəlib.
Azərbaycana ilk dəfə səfər etdiyini deyən qonaq Bakının gözəlliyinin, arxitekturasının onda xoş təəssürat oyatdığını vurğulayıb.