Prezident İlham Əliyevin Bakı Forumunda səsləndirdiyi fikirlər Türkiyə mediasının diqqət mərkəzindədir

İstanbul, 4 oktyabr (AzərTAc). Türkiyənin aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimindəki nitqində səsləndirdiyi fikirlərə geniş yer verməkdə davam edirlər.
Dövlətimizin başçısının müsəlman aləmində baş verən xoşagəlməz proseslər, Avropa qitəsində miqrantlara qarşı münasibətin pisləşməsi, ayrı-seçkiliyə meyilli olan siyasi qüvvələrin daha böyük səs toplaması, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq ictimaiyyətin ikili standartlardan çıxış etməsi və s. məsələlərlə bağlı fikirləri qardaş ölkə mətbuatının diqqət mərkəzində olub.
Yazılarda, həmçinin Forumun yüksək səviyyədə təşkili, dünya şöhrətli siyasi xadimlərin, görkəmli elm və mədəniyyət simalarının, Nobel mükafatı laureatlarının, nüfuzlu media təmsilçilərinin bu mötəbər tədbirdə iştirakı Bakı Forumuna böyük nüfuz qazandırdığı diqqətə çatdırılır.
KİV-lər yazır ki, Forum çərçivəsində keçirilən “dəyirmi masa”larda dünya ictimaiyyətini ciddi narahat edən mühüm məsələlər müzakirə olunub. Tədbirin yekununda qəbul olunan Bəyannamədə yer alan mühüm məqamlar artıq ənənə halını almış Bakı Beynəlxalq Humanitar Forumunun dünyada böyük nüfuzlu qazanmasının təsdiqidir.
Yerli mütəxəssislər bildirirlər ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması ilə Azərbaycanda formalaşacaq beyin mərkəzi qlobal problemlərin həllinə böyük töhfələr verəcək.
Həmin yazılarla aşağıdakı linklərdə tanış olmaq mümkündür:
http://www.haberler.com/4-uluslararasi-insani-forumu-6548341-haberi/
http://www.bugun.com.tr/son-dakika/4-uluslararasi-insani-forumu-haberi/1280939
http://www.memleket.com.tr/4-uluslararasi-insani-forumu-489513h.htm
http://www.hakimiyet.com/genel/4-uluslararasi-insani-forumu-h634220.html və s.

Sabir Şahtaxtı
AzərTAc-ın xüsusi müxbiri,
İstanbul