Azərbaycan bütün sahələrdə dinamik inkişaf edir

Bakı, 4 oktyabr (AzərTAc, Tərgül Ağayeva). Azərbaycan bütün sahələrdə dinamik inkişaf edir.
Bu sözləri Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, kimyaçı alim Nikolay Zefirov AzərTAc-a müsahibəsində deyib.
Azərbaycanda olmasından məmnunluğunu ifadə edən Nikolay Zefirov Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.
Bakıda aparılan möhtəşəm tikintilər, dünyanın lüks brendlərinin ucaltdığı mehmanxanalar, Azərbaycan paytaxtının yeni rəmzləri barədə təəssüratlarını bölüşən qonaq Forumun müxtəlif ölkələrdən olan insanların bir araya gəlməsi baxımından əhəmiyyətini qeyd edib.