Andrey Avramenko: Bakı Beynəlxalq Humanitar Forumu əməkdaşlığın ən mühüm məsələlərinin müzakirə olunduğu nüfuzlu məkandır

Bakı, 3 oktyabr (AzərTAc, Əziz Məmmədov). Bakı Beynəlxalq Humanitar Forumu humanitar əməkdaşlığın ən mühüm məsələlərinin müzakirə olunduğu nüfuzlu məkandır.
Bu sözləri Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) beynəlxalq təbiətdən kompleks istifadə problemləri və ekologiya kafedrasının dosenti Andrey Avramenko AzərTAc-a müsahibəsində söyləyib.
MDBMİ-nin dosenti deyib: ”Zəngin mədəniyyətlərarası, sivilizasiyalararası və konfessiyalararası əməkdaşlıq ənənələrinə malik Azərbaycan bu formatda görüşlərin keçirilməsi üçün ideal yerdir. Bu Forum XXI əsrdə sivilizasiya qarşısında duran qlobal çağırışlara cavab tapmaq, humanitar əməkdaşlığın ən mühüm məsələlərinə dair geniş spektrli dialoqlar, fikir mübadiləsi və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır”.