Katsuaki Sato: Azərbaycan dünyada humanitar dəyərlərin önə çəkilməsinin təşəbbüskarıdır

Bakı, 3 oktyabr (AzərTAc, Əziz Məmmədov). Azərbaycan dünyada humanitar dəyərlərin önə çəkilməsinin təşəbbüskarıdır. Bakıda IV Beynəlxalq Humanitar Forumun keçirilməsi buna bariz nümunədir.
Bu fikirləri Tokio Kənd Təsərrüfatı və Texnologiyalar Universitetinin nümayəndəsi Katsuaki Sato AzərTAc-a müsahibəsində səsləndirib.
Qonaq deyib: “Asiya və Avropanın qovuşuğunda yerləşən Azərbaycan bütün bəşər tarixi boyu ədalət, tolerantlıq məkanı olub. Burada müxtəlif dinlərə etiqad edən ayrı-ayrı xalqların nümayəndələri yaşayıb. Bu, Azərbaycanı dünyanın başqa ölkələrindən fərqləndirən əhəmiyyətli amildir”.