Bakı Beynəlxalq Humanitar Forumu nüfuzlu siyasətçiləri, ictimai-siyasi xadimləri, elm adamlarını bir araya gətirir

Bakı, 3 oktyabr (AzərTAc). Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi çox əhəmiyyətli bir qərardır. Forum çərçivəsində dünyanın çoxsaylı ölkələrindən nüfuzlu siyasətçilər, ictimai-siyasi xadimlər, elm adamları bir araya gəlirlər.
Bu sözləri AzərTAc-a müsahibəsində IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Rusiya Elmlər Akademiyasının Ekologiya və Təkamül İnstitutunun professoru Valeri Neronov dedi. O,
Forumunun rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin çox dəyərli fikirlər söylədiyini bildirərək qeyd etdi ki, bu fikirləri ürəkdən dəstəkləyir.
V.Neronov, həmçinin vurğuladı ki, Bakı Forumu müxtəlif ideyaların müzakirəsi, təkliflərin irəli sürülməsi baxımından XXI əsrin böyük platformasına çevrilib. Belə bir möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi mühüm əhəmiyyət daşıyır.