AzərTAc ilə bir sıra xarici ölkələrin xəbər agentlikləri arasında əməkdaşlığa dair sazişlər və anlaşma memorandumları imzalanıb

Bakı, 3 oktyabr (AzərTAc). Oktyabrın 3-də IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) ilə Vyetnam Xəbər Agentliyi (VNA), Qazaxıstanın “Kazinform” Beynəlxalq İnformasiya Agentliyi, Malayziya Milli Xəbər Agentliyi (BERNAMA) arasında əməkdaşlıq haqqında sazişlər, Birləşmiş Ərəb Əmirlikləri İnformasiya Agentliyi (WAM) və “WAFA” Fələstin Xəbərlər Agentliyi arasında isə əməkdaşlıq və informasiya mübadiləsi sahəsində anlaşma memorandumları imzalanıb.
Sənədləri AzərTAc-ın baş direktoru Aslan Aslanov, VNA-nın baş direktoru Nquyen Duk Loi, “Kazinform”un baş direktoru Dauren Diyarov, BERNAMA-nın baş direktoru Yonq So Heonq, WAM-ın baş direktoru Camal Nasser əl-Suvayder və WAFA-nın Direktorlar Şurasının rəhbəri Riyad Xalid Elhassan imzaladılar.
Sənədlərə əsasən, AzərTAc ilə bu agentliklər arasında informasiyaların mübadiləsi həyata keçiriləcək, qazanılmış təcrübələrdən yararlanmaq üçün əməkdaşların qarşılıqlı səfərləri təşkil olunacaq.

Video