Bakı Beynəlxalq Humanitar Forumu mədəniyyətlərarası dialoqa böyük töhfə verir

Bakı, 2 oktyabr (AzərTAc). Bakı Beynəlxalq Humanitar Forumu mədəniyyətlərarası dialoqa böyük töhfə verir. Forumda müzakirə edilən mövzular dövrümüzün aktual problemlərini əhatə edir.
Bu sözləri IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən israilli alim, Nobel mükafatı laureatı Ada Yonat deyib.
Azərbaycanın paytaxtında əvvəllər də olduğunu diqqətə çatdıran qonaq şəhərin gözəlliyinin, arxitekturasının onda xoş təəssürat oyatdığını və hər dəfə bura böyük həvəslə gəldiyini, eləcə də Bakı Beynəlxalq Humanitar Forumunda məmnuniyyətlə iştirak etdiyini bildirib.
Ölkəsi ilə Azərbaycan arasında əlaqələrdən danışan qonaq ictimai, siyasi, elm xadimləri arasında ünsiyyətin əməkdaşlığa dəyərli töhfə verdiyini vurğulayıb.