Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının şərəfinə rəsmi ziyafət verilib

Bakı, 2 oktyabr (AzərTAc). Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının şərəfinə oktyabrın 2-də “Fairmont Baku” mehmanxanasında rəsmi ziyafət verilib.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, sabiq prezidentlər və Nobel mükafatı laureatları ziyafətdə iştirak ediblər.