Horacio Sevilla Borja: Bakı Forumunda müzakirəsinə ehtiyac duyulan məsələlər ətrafında fikir mübadiləsi aparılır

Bakı, 2 oktyabr (AzərTAc, Ülviyyə Məmmədli). Ekvador Bakı Beynəlxalq Humanitar Forumunda ilk dəfədir təmsil olunur. Dünyanın müxtəlif ölkələrindən çoxsaylı iştirakçıların Bakıya gəlməsi bir daha bu Forumun vacibliyini göstərir.
Bu sözləri IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən ekvadorlu diplomat Horacio Sevilla Borja AzərTAc-a müsahibəsində deyib.
Diplomat qeyd edib ki, Bakı Beynəlxalq Forumu yeganə tədbirdir ki, burada alimlər, siyasətçilər və mədəniyyət işçilərinin nümayəndələri bir araya toplaşırlar. Bakı Forumunda müzakirəsinə ehtiyac duyulan məsələlər ətrafında fikir mübadiləsi aparılır, qərarlar qəbul olunur. O, Azərbaycan rəhbərliyinin bu istiqamətdəki fəaliyyətinin yüksək səviyyədə olduğunu bildirib.