Azərbaycanlı kino tənqidçisi Rusiyanın Kinoşünaslar və Kino Tənqidçilər Gildiyasının həqiqi üzvü seçilmişdir

Bakı, 14 iyul (AzərTAc). Azərbaycanlı kino tənqidçisi və art-publisist Ülvi Mehdi Rusiya nəşrləri ilə əməkdaşlığa görə Rusiyanın Kinoşünaslar və Kino Tənqidçilər Gildiyasının həqiqi üzvü seçilmişdir.
AzərTAc xəbər verir ki, son illər Ülvi Mehdi Rusiyanın nüfuzlu, eləcə də beynəlxalq kinofestivallarına dəvət almışdır. Onların sırasında sənədli filmlər üzrə münsiflər heyətinin üzvü olduğu “Listopad-2012”, kinopressanın tərkibində olduğu “Dux oqnya”-Xantı-Mansiysk-2014, 36-cı Moskva Beynəlxalq kinofestivallarını qeyd etmək olar.