Salyanda ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş vermişdir

Bakı, 14 iyul (AzərTAc). Salyanda rayon sakini Vidadi Ağarzayevin və Lənkəran rayon sakini Said Cavadovun idarə etdikləri “Ford-Transit” və “BMW” markalı avtomobillər toqquşmuşdur. V.Ağarzayev və onun avtomobilində olan sərnişin, qardaşı Ramil xəstəxanaya yerləşdirilmişlər, Ramil orada ölmüşdür.
Lənkəranda isə Veravul kənd sakini Dadaş Hüseynovun sürdüyü “Belorus” markalı traktorla Girdəni kənd sakini Elmir Şabanovun idarə etdiyi “VAZ-21014” markalı avtomobil toqquşmuşdur. E.Şabanov hadisə yerində ölmüş, sərnişin - Girdəni kənd sakini Cavid Əkbərzadə xəstəxanaya yerləşdirilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, hər iki hadisə ilə bağlı cinayət işi açılmışdır, araşdırmalar davam etdirilir.