Bakı şəhər sakini həmyerlisini bıçaqlamışdır

Bakı, 11 iyul (AzərTAc). İyulun 9-da Nəsimi rayonunun ərazisində Bakı şəhər sakini Samir Qədirov münaqişə zəminində həmyerlisi Ceyhun Əhmədova bıçaqla xəsarət yetirmişdir. Yaralı xəstəxanaya yerləşdirilmişdir.
S.Qədirov Nəsimi Rayon Polis İdarəsinin 20-ci bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları isə iyulun 9-da Rüfət Əhmədova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş rayon sakini İlqar Haqverdiyevi yaxalamışlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, hər iki faktla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.