Xəzər Universitetinin əməkdaşı beynəlxalq elmi jurnalın redaksiya heyətinə üzv seçilmişdir

Bakı, 9 aprel (AzərTAc). Xəzər Universitetinin Azərbaycan dili və ədəbiyyatı departamentinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Elmira Məmmədova-Kekeç “International journal of languages' education and teaching” (Beynəlxalq dillər təhsil və tədris jurnalı”) (Almaniya-ISNN: 2198-4999) Beynəlxalq elmi jurnalının redaksiya heyətinə üzv seçilmişdir.
Universitetdən AzərTAc-a bildirmişlər ki, bu, alimin xarici ölkədə çap olunan jurnalda ilk heyət üzvlüyü deyildir. Bundan əvvəl E.Məmmədova-Kekeç “Yeni türk ədəbiyyatı araşdırmaları” (Türkiyə, ISNN: 1308-8203) adlı dərginin redaksiya heyətinə üzv seçilmişdir.