Ağstafada yunan-Roma güləşi üzrə açıq rayon birinciliyi keçirilmişdir

Ağstafa, 25 fevral (AzərTAc). Ağstafada 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş yunan-Roma güləşi üzrə uşaq və yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilmişdir.
AzərTAc xəbər verir ki, yarış rayonun Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəbinin idman zalında təşkil olunmuşdur. Birincilikdə Ağstafa idmançıları ilə yanaşı, Gəncə şəhərinin, Şəmkir və Qazax rayonlarının idmançıları da iştirak etmişlər. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışda Gəncə idmançıları birinci, Ağstafa və Qazax rayonlarının idmançıları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuşlar.
Yarışın qalibləri Ağstafa Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunmuşlar.