Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılmışdır VİDEO

Bakı, 25 fevral (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Sərəncam imzalamışdır.
AzərTAc xəbər verir ki, Sərəncama əsasən, Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi və abadlıq işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılmışdır.

Video