Nizami Kino Mərkəzində “Mən evə qayıdıram” filminin təqdimatı olacaqdır

Bakı, 25 fevral (AzərTAc). Fevralın 26–da Nizami Kino Mərkəzində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar “Mən evə qayıdıram” filminin təqdimat mərasimi keçiriləcəkdir.
Mərkəzin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyasında istehsal olunan “Mən evə qayıdıram” filminin rejissoru Samir Kərimoğludur.
Hərbi vətənpərvərlik mövzusunda çəkilmiş ekran əsəri, Azərbaycanın ən çətin illərində rus ordusunda xidmət edən Tərlan Seyidzadənin qəhrəmanlıq hekayəsindən bəhs edir. Bu film Tərlanın simasında Azərbaycanın şəhid olmuş bütün igidlərinin şərəfinədir.
Təqdimat mərasimi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı dəstəyi ilə reallaşacaqdır.