Akademik Akif Əli Zadə “İstiqlal” ordeni ilə təltif edilmişdir

Bakı, 25 fevral (AzərTAc). Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev akademik Akif Əli Zadənin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır.
AzərTAc xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasında elmin inkişafı və təşkili sahəsində səmərəli fəaliyyətinə, yüksək ixtisaslı elmi kadrların hazırlanmasında xüsusi xidmətlərinə görə Akif Ağa Mehdi oğlu Əli Zadə “İstiqlal” ordeni ilə təltif edilmişdir.