Ağstafada 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar elmi-praktiki konfransı keçirilmişdir

Ağstafa, 19 yanvar (AzərTAc). Ağstafa şəhər Mədəniyyət Evində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsinə həsr olunmuş fotosərgiyə baxmışlar.
Konfransda məruzə ilə çıxış edən Ağstafa şəhər Heydər Əliyev Muzey-Mərkəzinin baş elmi işçisi Laiq Qələndərli 20 Yanvar faciəsinin tarixi, xalqımızın həyatında tutduğu yeri barədə məlumat vermişdir.
Konfransda çıxış edənlər 20 Yanvar faciəsinin kədər və hüznlə yanaşı, xalqımız üçün qürurverici tarixi bir gün olduğunu vurğulamışlar.
Tədbir məktəblilərin 20 Yanvar şəhidlərinə həsr etdikləri şeir kompozisiyası və faciənin tarixini özündə əks edən filmin nümayişi ilə davam etmişdir.