“Enerji İdarəetmə Sistemləri” standartının tətbiqi istiqamətində daxili audit üzrə təlimlər keçiriləcəkdir

Bakı, 19 yanvar (AzərTAc). Yanvarın 21-də Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun (BSİ) birgə təşkilatçılığı ilə İSO 50001 “Enerji İdarəetmə Sistemləri” standartının tətbiqi istiqamətində daxili audit üzrə təlimlərə başlanacaqdır.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, təlimlər üç gün ərzində britaniyalı mütəxəssisinin iştirakı ilə keçiriləcəkdir. Təlimləri uğurla başa vutan iştirakçılara sertifikatlar veriləcəkdir.
Təlimlərdə iştirak etmək istəyənlər yanvarın 17-dək Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutuna müraciət edə bilərlər.
Əlaqə telefonları belədir: 012 566-71-06, 055 2509599; 012 566-71-06, 055 7755077.