“Bank Respublika” “Facebook” dostlarını bilik müsabiqəsinə dəvət edir

Bakı, 22 dekabr (AzərTAc). “Bank Respublika” yeni il ərəfəsində “Facebook” dostlarını maraqlı viktorinada iştiraka dəvət edir.
Bankdan AzərTAc-a bildirmişlər ki, dekabrın 23-dən 30-dək keçiriləcək “Yeni il viktorinası”nda 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
Gün ərzində “Facebook” istifadəçilərinə 3 sual veriləcəkdir. Ən çox suala ən az vaxt ərzində düzgün cavab verən şəxs “Günün qalıbi” elan olunacaqdır. Qalibə “Bank Respublika”nın balansında 100 manat vəsaiti olan plastik kartı və xüsusi yeni il hədiyyələri təqdim ediləcəkdir.