Ticarət və iaşə xidmətləri göstərən sahibkarlıq obyektlərində sanitariya müayinələri aparılır

Tovuz, 22 dekabr (AzərTAc). Tovuz Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən AzərTAc-a bildirmişlər ki, qurum tərəfindən rayonda ticarət və iaşə xidmətləri göstərən sahibkarlıq obyektlərində mütəmadi olaraq sanitariya müayinələri aparılır.
Cari ilin yanvar-noyabr aylarında aparılan sanitar müayinələri zamanı 19 sahibkara xəbərdarlıq edilmiş , 11-i cərimə olunmuş, 9 sahibkarlıq obyektinin fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır.