Məhkəmə Tbilisi şəhər merinin səlahiyyətlərinin dayandırılmasına dair qərar çıxarmışdır

Tbilisi, 22 dekabr (AzərTAc). Tbilisi şəhər məhkəməsinin hakimi Dali Metreveli şəhərin meri Qiqi Uqulavanın səlahiyyətlərinin dayandırılmasına dair qərar çıxarmışdır.
Gürcüstan Baş Prokurorluğu məhkəməyə merin barəsində həbs qətimkan tədbiri görülməsinə və səlahiyyətlərinin dayandırılmasına dair qərar qəbul edilməsi barədə müraciət etsə də, hakim Qiqi Uqulavanın 50 min lari məbləğində girov ödəməsi müqabilində həbs cəzası verməmişdir.
Tbilisi şəhərinin meri “Tbilisinin inkişaf fondu”nun büdcəsindən 50 milyon lariyədək pulu mənimsəməkdə təqsirli bilinir.


İslam Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Tbilisi