Gəncədə yeni elektron köşklər quraşdırılır

Gəncə, 22 dekabr (AzərTAc). Gəncədə insanların sıx toplaşdığı ticarət obyektlərinə, eləcə də təhsil, səhiyyə müəssisələrinə yaxın ərazilərdə yeni elektron köşklərin quraşdırılmasına başlanılmışdır.
AzərTAc xəbər verir ki, taksafon və kompyuter funksiyalarını özündə birləşdirən bu köşklərdə həm iri əsginazlardan, həm də qəpiklərdən istifadə etməklə, eləcə də operatorun taksofon kartlarının köməyi ilə istənilən ödənişlər aparmaq mümkündür. Adi telefon xidmətləri ilə yanaşı, şəhərlərarası və beynəlxalq rabitəni də təmin edən bu qurğu, eyni zamanda, internet şəbəkəsinə çıxmağa, elektron poçt göndərməyə, videoçarxa baxmağa imkan verir.