Azərbaycanda və bütün Qafqaz regionunda turizm sənayesinin növbəti ən böyük ixtisaslaşdırılmış sərgisi gələn ilin aprelində keçiriləcəkdir

Bakı, 22 dekabr (AzərTAc). Aprelin 3-dən 5-dək Bakıda 13-cü Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi (“AİTF 2014”) keçiriləcəkdir.
Sərginin təşkilatçısı “İteca Caspian” şirkətindən AzərTAc-a bildirmişlər ki, “AİTF 2014” Azərbaycan və bütün Qafqaz regionunda turizm sənayesinin ən böyük ixtisaslaşdırılmış tədbiridir. “AITF” sərgisi respublikamızda sürətlə inkişaf edən turizm bazarının əlamətdar hadisəsidir və hər il dünyanın müxtəlif ölkələrindən çoxsaylı iştirakçı və qonaqları vahid meydançada bir yerə toplayır.
“AITF” Qafqaz regionunun aparıcı beynəlxalq sərgisi statusunu qazanmışdır və səyahətlər, işgüzar turizm, müalicəvi və eksklüziv istirahət sahələrində ən son təmayülləri nümayiş etdirən Azərbaycanlı və xarici ekspertlərin fəaliyyəti üçün möhkəm zəmin yaratmaqla regionda çağdaş turizm bazarının ümumi mənzərəsini əks etdirir.