Mingəçevirdə əlillərin bədii yaradıcılıq müsabiqəsinin zona mərhələsi olmuşdur

Mingəçevir, 6 noyabr (AzərTAc). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Mingəçevir şəhərində əlillərin VI Ümumrespublika Bədii Yaradıcılıq Müsabiqəsinin zona baxış mərhələsi keçirilmişdir.
AzərTAc xəbər verir ki, Ü.Hacıbəyli adına şəhər 1 saylı musiqi məktəbində keçirilən müsabiqədə 10 şəhər və rayondan əlilliyi olan insanlar iştirak etmişdir.
Tədbirdə məlumat verilmişdir ki, müsabiqənin keçirilməsində əsas məqsəd əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasını təmin etmək, onların istedad və qabiliyyətlərini aşkara çıxarmaqdır. Əlillər mahnı, muğam, rəqs, instrumental ifaçılıq, folklor yaradıcılığı, poeziya və bədii qiraət sahəsində nümayiş etdirmişlər. Münsiflər heyətinin seçdiyi iştirakçılar noyabr ayının sonunda müsabiqənin Bakıda keçiriləcək yekun turunda iştirak etmək hüququ qazanmışlar.