İl ərzində Gürcüstanda 20 mindən çox cinayət törədilmişdir

Tbilisi, 6 noyabr (AzərTAc). Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, 2013-cü ilin ötən dövründə ölkədə 24 min 175 cinayət faktı qeydə alınmışdır. Onlardan 14 min 285-nin (59,1 faizinin) üstü açılmışdır.
Statistik məlumatda qeyd olunmuşdur ki, ötən ilin müvafiq dövründə isə 31 min 287 cinayət hadisəsi baş vermişdi ki, onlardan 5789-nun (18,5 faizinin) üstü açılmışdır.

İslam Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Tbilisi