“Neftçi” komandasının altı oyunçusu Topaz Premyer Liqasının on ikinci turunun ən yaxşı futbolçuları sırasında yer almışdır

Bakı, 6 noyabr (AzərTAc). “İnStat Football” şirkəti statistik göstəricilərə əsasən, Topaz Premyer Liqasının on ikinci turunun ən yaxşı 11 futbolçusunun adını açıqlamışdır.
AzərTAc xəbər verir ki, rəmzi yığmanın 6 futbolçusu “Neftçi” klubunun üzvüdür. Komandanın qapıçısı Saşa Stamenkoviç, futbolçular - Rəşad Sadiqov, Mahir Şükürov, Bruno Bertuççi, İqor Mitreski və Flavinyo həftənin ən yaxşıları sırasında yer almışlar.