Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişmişdir

Bakı, 6 noyabr (AzərTAc). Dünya bazarlarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişmişdir.
Nyu-Yorkun NYMEX (“New York Merchantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 1,25 dollar azalaraq 93,37 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir bareli 0,90 sent ucuzlaşaraq 105,33 dollar olmuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən AzərTAc-a bildirmişlər ki, “AzəriLayt” markalı neftin bir barelinin qiyməti London birjasında 0,09 sent bahalaşaraq 108,11 dollara satılmışdır.