Azərbaycan Super Liqasında çıxış edən üç voleybolçu ABŞ millisinə dəvət olunmuşdur

Bakı, 6 noyabr (AzərTAc). Xəbər verildiyi kimi, noyabrın 12-17-də Yaponiyada qadın voleybolçular arasında “Grand Champions Cup” yarışı keçiriləcəkdir.
AzərTAc xəbər verir ki, turnir üçün ABŞ millisinin heyəti açıqlanmışdır. Qitə çempionlarının oynayacağı yarış üçün açıqlanan 14 nəfərlik yekun siyahıda Azərbaycan Super Liqasında çıxış edən 3 voleybolçu da yer almışdır. Bunlar “Lokomotiv”dən Lauren Gibbemeyer, “Rabitə”dən Kayla Banvart və Kersti Ceksondur.