Tərtərdə min tondan artıq pambıq tədarük edilmişdir

Tərtər, 6 noyabr (AzərTAc). Tərtər rayon statistika idarəsindən AzərTAc-a bildirmişlər ki, 2013-ci ilin məhsulu üçün rayonda 1091 hektar sahədə pambıq becərilmişdir.
Torpaq mülkiyyətçiləri bu günə qədər 1038 ton məhsul toplamışlar. Yığılan məhsul qurudularaq əsasən “MKT” MMC və “CTS Aqro” MMC-yə təhvil verilir.
Tarlalarda pambıq yığımı davam edir.