“Muğanbank” Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə maliyyə müqaviləsi imzalamışdır

Bakı, 6 noyabr (AzərTAc). “Muğanbank” ASC Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə 3 milyon dollar məbləğində maliyyə müqaviləsi imzalamışdır.
Bankın ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, müqavilə çərçivəsində alınacaq vəsaitlər istehsal, ticarət, sənaye, kənd təsərrüfatı və digər sahələrdəki kiçik və orta sahibkarların layihələrinin maliyyələşdirilməsinə yönəldiləcəkdir.