Tovuzun təhsil müəssisələri qışa hazırdır

Tovuz, 6 noyabr (AzərTAc). Tovuz təhsil şöbəsindən AzərTAc-a bildirmişlər ki, rayonun təhsil ocaqları qış mövsümündə normal istiliklə tam təmin olunacaqlar.
Rayonda fəaliyyət göstərən 86 məktəbdən 60-ı odun yanacağı və duru yanacaqla, 5 məktəb isə digər elektrik cihazlarla qızdırılacaqdır. . Qalan 21 məktəb mərkəzləşdirilmiş istilik sisteminə qoşulmuşdur.
İstilik sistemi ilə qızdırılan məktəblərin qazanxanaları və istilik xətləri təmir edilərək saz vəziyyətə gətirilmişdir.
Odun və duru yanacaqla isidiləcək məktəblər də yanacaq və sobalarla təmin olunmuşdur.