“Kredit House” MMC-in təmin edilməmiş istiqrazlarının yerləşdirilməsinə başlanılmışdır

Bakı, 6 noyabr (AzərTAc). “Bakı Fond Birjası” QSC-yə (BFB) “Kredit House” MMC-in emissiyanın məbləği 1 milyon manat, bir istiqrazın nominal dəyəri min manat, yerləşdiriləcək istiqrazların sayı min ədəd, tədavül müddəti 720 gün olan təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı müraciət olunmuşdur.
BFB-də “Kredit House” MMC-in istiqrazlarının yerləşdirilməsinə başlanılmışdır.