“DəmirBank” korporativ saytında onlayn kredit ödənişləri xidmətini tətbiq etmişdir

Bakı, 6 noyabr (AzərTAc). “DəmirBank” www.demirbank.az saytında onlayn qaydada kredit ödənişlərini qəbul edir.
Bankın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, xidmət Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Sistemdə qeydiyyat pulsuzdur. Şəxsi kabinetdə ödəniş tarixçəsi saxlanılır, istənilən vaxt ödənişlərə baxmaq və ödəniş qəbzlərini çap etmək mümkündür.