Ağstafada daha bir yaşayış binası istilik sistemi ilə təmin olunur

Ağstafa, 6 noyabr (AzərTAc). Ağstafa şəhərində şəhid, Qarabağ müharibəsi və Çernobıl əlilləri ailələrinin yaşadığı 20 mənzilli yaşayış binasının istilik sisteminin çəkilişinə başlanılmışdır.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, 2007-ci ildən istifadəyə verilən binanın istilik sistemi yox idi. Rayon rəhbərliyi daxili imkanlar hesabına binaya modul tipli qazanxana sisteminin quraşdırılması və daxili sistemin çəkilməsi barədə qərar qəbul etmişdir.
Hazırda binanın istilik sisteminin quraşdırılır. Yaxın günlərdə sistem istismara veriləcəkdir.