Tovuzda üzüm yığımı davam edir

Tovuz, 6 noyabr (AzərTAc). Tovuz Rayon Statistika İdarəsindən AzərTAc-a bildirmişlər ki, rayonda 600 hektar üzüm bağı vardır və bunun da 450 hektarı bar verir.
Bu günədək sahibkarlar üzüm plantasiyalarından 6 min 902 ton məhsul yığmışlar ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 270 ton çoxdur.
Bol məhsul olan üzüm bağlarında məhsul yığımı davam edir.