Bratislavada “Şərq tərəfdaşlığı” ölkələrində penitensiar sistemdə islahatlarla bağlı tədbir keçirilir

Bakı, 5 noyabr (AzərTAc). Slovakiyanın paytaxtı Bratislavada “Şərq tərəfdaşlığı”na üzv dövlətlər üçün “Penitensiar sistemdə islahatlar” çoxtərəfli layihəsi çərçivəsində iclas keçirilir.
Azərbaycan Milli QHT Forumundan AzərTAc-a bildirilmişdir ki, tədbirin keçirilməsində məqsəd “Şərq tərəfdaşlığı” ölkələrində penitensiar sistemin hazırkı vəziyyəti ilə tanışlıq, bu ölkələrdə qanunverici orqanların Avropa standartlarına uyğunluğunu yoxlamaq, əmək vasitəçiliyi üzrə penitensiar islahatlar və məhbusların cəmiyyətə yenidən qaytarılmasında QHT-lər ilə səmərəli əməkdaşlıq sahəsində Slovakiya təcrübəsi barədə məlumat verməkdən ibarətdir.
Tədbirdə Azərbaycanı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin, Baş Prokurorluğun, qeyri-hökumət təşkilatlarının nümayəndələri təmsil edirlər.