Misirin nüfuzlu “Əl-Əhram” qəzetinin saytında III Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı məqalə yerləşdirilmişdir

Əmman, 3 noyabr (AzərTAc). Misirin nüfuzlu “Əl-Əhram” qəzetinin saytında III Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı məqalə yerləşdirilmişdir. Forumda iştirak etmiş jurnalist Mahmud Nubinin müəllifi olduğu məqalədə bildirilir ki, müasir dövrümüz üçün aktuallıq kəsb edən bir çox məsələlərin müzakirə edildiyi bu tədbirdə Nobel mükafatı laureatları, sabiq prezidentlər, tanınmış ictimai-siyasi, elm, mədəniyyət xadimləri iştirak etmişlər.
Müəllif Forumun XXI əsrin qlobal problemləri, cəmiyyətin inkişafında texnologiyanın rolu, sosial-iqtisadi durumun yaxşılaşdırılması, elm və təhsilin daim diqqət mərkəzində olması, qloballaşma dövründə medianın aparıcı rol oynaması və s. vacib məsələləri əhatə etdiyini, dünya xalqlarının siyasi, iqtisadi, humanitar sahələrdə üzləşdikləri problemlərin və onların həlli yollarının müzakirə olunduğunu vurğulamışdır.
Asya Hacızadə
AzərTAc-ın xüsusi müxbiri
Əmman