Bakı Beynəlxalq Humanitar Forumu Gürcüstan KİV-ləri tərəfindən geniş işıqlandırılıb

Tbilisi, 27 oktyabr, AZƏRTAC

Gürcüstanın aparıcı KİV-ləri oktyabrın 25-26-da “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu haqqında məlumatlar yayıb.
AZƏRTAC xəbər verir ki, İmedi telekanalında, AGFM radiosunda, geniş oxucu kütləsinə malik olan Kavkaz Online, Gaxa.ge portallarında forumun açılışı, Prezident İlham Əliyevin çıxışı barədə reportajlar yayımlanıb.
Həmin məlumatlarda Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışında səsləndirdiyi fikirlərə yer verilib, tədbirdə müzakirə olunan mühüm mövzulara toxunulub, tədbirin beynəlxalq əməkdaşlığın genişlənməsi üçün zəmin yaradacağı diqqətə çatdırılıb.
“Bakı Prosesi” – İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri” mövzusunda III plenar sessiya və bu tədbirdə Ərəb Liqasının mədəniyyətlərarası dialoq departamentinin direktoru xanım Samia Bibarsın çıxışına xüsusi yer ayırıb.
Materialda Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı ölkə olduğu, bu ölkədə bütün etnik qrupların, dinlərin nümayəndələrinin bərabər, mehriban yaşadıqları qeyd olunur.
Azərbaycan sülh şəraitində birgəyaşayışın uğurlu modeli olduğu xüsusi vurğulanır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi