Qırğızıstan Prezidentinin müşaviri: Bakı humanitar məsələlərin müzakirə meydanına çevrilir

Bakı, 26 oktyabr, AZƏRTAC

Mən Bakı Beynəlxalq Humanitar Forumunda bir neçə dəfə iştirak etmişəm. Müasir dünyada bu Forumun böyük əhəmiyyəti var. Sevindirici haldır ki, humanitar məsələlər məhz Azərbaycanda qaldırılır. Bakı humanitar məsələlərin müzakirə meydanına çevrilir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində VI Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Qırğızıstan Prezidentinin müşaviri Sultanbay Rayev söyləyib.
Aktual məsələlərin müzakirəsi baxımından Forumu yüksək qiymətləndirən qonaq vurğulayıb ki, bu tədbir Forumun bütün iştirakçıları üçün böyük əhəmiyyət kəsb edir. S.Rayev deyib: “Zəmanəmizdə təzadlar olduqca çoxdur. Bəşəriyyət qarşısında müxtəlif xarakterli çağırışlar durub. Bakı beynəlxalq humanitar məkanında məhz bu məsələlər qaldırılır. Qonaqpərvərliyinə və humanitar xarakterli məsələlərin qaldırılmasına şərait yaratdığına görə Azərbaycana təşəkkür edirəm”.