Ayman Eraky: Humanitar Forum Azərbaycanın tolerantlıq modelinin dünyaya təqdim olunması baxımından xüsusi əhəmiyyətə malikdir

Bakı, 26 oktyabr, AZƏRTAC

Bakı Beynəlxalq Humanitar Forumunu Azərbaycan tərəfindən irəli sürülmüş yaxşı təşəbbüs kimi dəyərləndirirəm. Forumun Bakıda keçirilməsi Azərbaycanın tolerantlıq modelinin dünyaya təqdim olunması baxımından xüsusi əhəmiyyət kəsb edib.
Bu sözləri AZƏRTAC-a müsahibəsində VI Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Misirin Yaxın Şərq Xəbər Agentliyinin (MENA) böyük redaktoru Ayman Eraky deyib.
“Prezident İlham Əliyevin Forumun açılışında söylədiyi nitqi çox maraqla dinlədim. Bir iştirakçı olaraq xüsusilə Azərbaycandakı iqtisadi inkişaf, tolerantlıq barədə maraqlı məlumatlar əldə etdim. Forumun Bakıda keçirilməsi Azərbaycanın tolerantlıq modelinin dünyaya təqdim olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan vətəndaşları tolerantlıq şəraitində yaşayırlar. Forumun əhəmiyyətinə gəlincə, bu, təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün vacib tədbirdir. Burada çox önəmli mövzular müzakirə olundu”, - deyə Ayman Eraky söyləyib.