Oman Xəbər Agentliyinin baş direktoru: Bakı Forumunun dünya üçün böyük əhəmiyyəti var

Bakı, 26 oktyabr, AZƏRTAC

Bakıda olmağımdan məmnunluq hissi keçirirəm. Hər dəfə gələndə yeniliklərin, inkişafın şahidi oluram. VI Bakı Beynəlxalq Humanitar Forumu yaxşı təşkil olunub, mövzusu da aktualdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Oman Xəbər Agentliyinin baş direktoru Məhəmməd bin Mübarək Əl-Ərimi deyib.
Bildirib ki, Azərbaycanın dünya dövlətləri arasında söz sahibi olması əlbəttə təqdirəlayiqdir. Burada VI Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsinin dünya üçün böyük əhəmiyyəti var.
“Forumda müxtəlif dövlətlərin nümayəndələrinin iştirakı ilə qlobal problemlər müzakirə edilib, əhəmiyyətli mövzular ətrafında fikir mübadiləsi aparılıb. Bütün bunlar ümumilikdə dünya üçün faydalıdır”, - deyə Məhəmməd bin Mübarək Əl-Ərimi vurğulayıb.