UNESCO-nun xoşməramlı səfiri: Bakı Beynəlxalq Humanitar Forumunda dünyaya önəmli sülh və dostluq mesajları verilir VİDEO

Bakı, 25 oktyabr, Pərvanə Rəhimova, AZƏRTAC

Altıncı Bakı Beynəlxalq Humanitar Forumu yüksək səviyyədə təşkil olunub. Prezident İlham Əliyevin Forumun açılışında söylədiyi nitq çox maraqlı idi. Xüsusilə Azərbaycandakı iqtisadi inkişaf, tolerantlıq barədə maraqlı məlumatlar əldə etdik. Forumun Bakıda keçirilməsi Azərbaycanın tolerantlıq modelinin dünyaya təqdim olunması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Fransanın tanınmış heykəltəraşı və rəssamı, UNESCO-nun xoşməramlı səfiri, təşkilatın sülh üzrə rəssamı, mədəniyyət diplomatiyasının nümayəndəsi xanım Hedva Ser bildirib.
Altıncı Bakı Beynəlxalq Humanitar Forumunun işini yüksək qiymətləndirən Hedva Ser qeyd edib ki, müxtəlif mədəniyyətlərin nümayəndələrini bir araya gətirən bu Forumda dünyaya önəmli sülh və dostluq mesajları verilir. O, Forumda səslənən ideyaların, təkliflərin önəmini qeyd edib.
Bakını sevdiyini söyləyən tanınmış memar burada tarixi binalarla yanaşı, möhtəşəm müasir tikililərin də olduğunu vurğuladı.

Video